İstanbulda güclü partlayış - 29 ölü, 166 yaralı (Video+Yenilənib)

İstanbulda güclü partlayış - 29 ölü, 166 yaralı (Video+Yenilənib)
  11 Dekabr 2016    Oxunub:19597
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində 29 nəfərin həlak olduğunu, 166 nəfərin yaralandığını bildirib.

Məlumata görə, ölənlərin 27-si polis əməkdaşı, 2-si dinc vətəndaşdır. Hadisə ilə bağlı 10 nəfər saxlanılıb.

Terror hücumu Beşiktaş rayonunda Vodafone Arena stadionu yaxınlğında yerli vaxtla saat 22:30 radələrində (Bakı vaxtı ilə 23:30) “Beşiktaş”-“Bursaspor” matçının bitməsindən saat yarım sonra baş verib. Bir-birinin ardınca törədilən iki partlayışda çevik polis qüvvələri hədəfə alınıb.

Süleyman Soylu partlayışlardan birinin bomba yüklü avtomobillə, digərinin isə canlı bomba tərəfindən törədildiyini açıqlayıb.



***
Türkiyənin daxili işlər naziri Süleyman Soylu hava limanında KİV-lərə müsahibə verib. Nazir ilkin araşdırmalara görə, hadisənin terror aktı olduğunu, partlayışın birinin canlı bomba tərəfindən, digərinin isə bomba yüklü avtomobillə törədildiyini bildirib.

***

İstanbulun Beşiktaş rayonunda güclü partlayış baş verib.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı Anadolu informasiya agentliyi yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 20-dək insan yaralanıb.

***

Hadisə “Vodafon Arena” stadionunun yaxınlığında baş verib. Türkiyənin DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib.

Partlayışdan sonra ərazidə yanğın baş verib.



AzVision.az


Teqlər:  





Xəbər lenti