İstanbuldakı terrorda ölü sayı 38 nəfərə çatıb

İstanbuldakı terrorda ölü sayı 38 nəfərə çatıb
  11 Dekabr 2016    Oxunub:2308
Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını, 155 nəfərin isə yaralandığını bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlər arasında 30 polis, 7 mülki şəxs də var. Bir nəfərin kimliyi isə hələlik müəyyənləşdirilə bilməyib.

Hadisə ilə bağlı saxlanılanların sayı 13-ə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti