Putin Ərdoğana başsağlığı verdi

Putin Ərdoğana başsağlığı verdi
  11 Dekabr 2016    Oxunub:1658
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda törədilən partlayışla bağlı başsağlığı verib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin İstanbuldakı terroru qətiyyətlə pislədiyini deyib.

Rusya prezidenti vurğulayıb ki, İstanbulda törədilən terror aktı terrora qarşı birgə mübarizənin vacib olduğunu təsdiq edir.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını, 155 nəfərin isə yaralandığını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti