Ərdoğan terrora görə nazirləri topladı

Ərdoğan terrora görə nazirləri topladı
  11 Dekabr 2016    Oxunub:1850
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını çağırıb.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bağlı qapılar arxasında keçirilən və Baş nazir Binəli Yıldırım, müavinləri Numan Kurtulmuş və Toğrul Türkeş, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu və digər yüksək vəzifəli şəxslərin iştirak etdikləri iclas iki saata yaxın davam edib.iclasda baş nazir Binali Yıldırım, baş nazirin müavinləri və nazirlər iştirak edirlər.

Qeyd edək ki, dekabrın 10-da İstanbulun mərkəzindəki “Vodafon Arena” stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, 155 nəfər isə yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti