İstanbuldakı terroru PKK-ya yaxın qrup törədib

İstanbuldakı terroru PKK-ya yaxın qrup törədib
  12 Dekabr 2016    Oxunub:2849
PKK-ya yaxın qruplardan olan “Kürdüstan Azadlıq Qırğıları” qrupu dekabrın 10-da İstanbulda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, terror qrupu bu barədə özü məlumat yayıb.

Qrupun məlumatında vurğulanır ki, terror aktı birbaşa olaraq türk xalqına yönəlməmişdi. Bu qrup əvvəllər də Türkiyədə törədilən bir sıra terror aktlarına görə məsuliyyəti üzərinə götürüb.

Qeyd edək ki, İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində 38 nəfər ölüb, 155 nəfər yaralanıb. Ölənlər arasında 30 polis, 7 mülki şəxs də var. Bir nəfərin kimliyi isə hələlik müəyyənləşdirilə bilməyib.

Hadisə ilə bağlı saxlanılanların sayı 13-ə çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti