Praqada bomba həyəcanı

Praqada bomba həyəcanı
  12 Dekabr 2016    Oxunub:1518
Çexiya paytaxtı Praqada naməlum şəxs polisə zəng vuraraq şəhərin əsas vağzalına bomba qoyulması barədə məlumat verib.
AzVision.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, bu xəbərdən sonra polis vağzaldakı bütün insanları təxliyyə edib. Təxminən bir saat ərzində vağzalda qatarların qəbulunda fasilə yaranıb. Aparılan axtarışlar zamanı heç bir partlayıcı qurğu aşkar edilməyib.

Axtarışlardan sonra vağzalda qatarların hərəkəti bərpa olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti