`Forsaj 8`in ilk treyleri yayıldı VİDEO

`Forsaj 8`in ilk treyleri yayıldı VİDEO
  12 Dekabr 2016    Oxunub:15016
“Youtube” sosial şəbəkəsində “Forsaj 8” filminin treyleri yayımlanıb.
AzVision.az xəbər verir ki, Brayn O`Konnerlə (Pol Uoker) ayrılıqdan sonra Domenik Toretto (Vin Dizel) və onun komandası gözlənilməz düşmənlə qarşılaşır.

Treylerə əsasən məlum olur ki, Torettonun özü komandasına qarşı mübarizə aparmağa başlayır.

Filmdə əsas düşmən obrazını Şarliz Teron canlandırır. Franşizada yeni çəkiləcək aktyorlar sırasında həmçinin Helen Mirren və Skott İstvud da var. Filmin rejissoru F.Qeri Qreydir.

Filmin çəkilişləri Nyu-York, Atlanta, İslandiya və Kubada baş tutub. Qeyd edək ki, bu ABŞ-la əlaqələrin bərpasından sonra Kubada çəkilən ilk Hollivud filmlərindəndir.

Filmi gələn ilin aprel ayından kinoteatrda izləmək mümkün olacaq.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti