Gələn ay Xəzərin statusuna dair iclas keçiriləcək

Gələn ay Xəzərin statusuna dair iclas keçiriləcək
  12 Dekabr 2016    Oxunub:1620
“Gələn ilin yanvar ayında Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusuna dair işçi qrupunun görüşü olacaq.
AzVision.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini, işçi qrupunun üzvü Xələf Xələfov bildirib.

Nazir müavinin sözlərinə görə, görüşdə Xəzərin hüquq statusuna dair danışıqlarla yanaşı, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısına hazırlıq mələləri müzakirə olunacaq: “İşçi qrupu çərçivəsində görüşlər keçirilir. İşçi qrupunun yanvarın əvvəllərində Aşqabadda keçiriləcək görüşündə müzakirə olunacaq əsas məsələ növbəti sammitin keçirilməsidir. Belə bir plan da var ki, işçi qrupu nazirlərin görüşünü də təşkil etsin. Artıq belə bir təşəbbüs var. Bütün bu tədbirlər ona yönəlib ki, növbəti sammitdə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul olunsun. Sammitin tarixini demək çətindir. Yəqin bu barədə nazirlərin görüşündən sonra nəsə demək mümkün olacaq. Eyni zamanda baxacağıq ki, konvensiyanın razılaşdırılmamış məsələləri ilə bağlı vəziyyət hansı səviyyədədir. Onu deyə bilərəm ki, nazirlərin görüşünün Astanada keçirilməsi nəzərdə tutulur".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti