İstanbuldakı terrorda ölü sayı 44-ə çatdı

İstanbuldakı terrorda ölü sayı 44-ə çatdı
  12 Dekabr 2016    Oxunub:1962
Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Vodafone Arena”nın yaxınlığında baş verən partlayışda 150-dən çox insan yaralanıb. Terror aktı ilə əlaqədar 13 nəfər saxlanılıb.

Ölənlər arasında 30 polis, 7 mülki şəxsin olduğu bildirilir.

Qeyd edək ki, PKK-ya yaxın qruplardan olan “Kürdüstan Azadlıq Qırğıları” qrupu terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.



AzVision.az


Teqlər:  





Xəbər lenti