Əsəd Hələbin 95%-nə nəzarət edir

Əsəd Hələbin 95%-nə nəzarət edir
  12 Dekabr 2016    Oxunub:1788
Suriya hökumət ordusu Hələb şəhərinin 95 faiz hissəsinə tam nəzarəti bərpa edib.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, son 24 saat ərzində Suriya ordusu Hələbdə daha 3 bölgəni tamamilə azad edib. Hazırda 10 kvadrat kilometr ərazinin silahlı qruplaşmaların nəzarətində qaldığı deyilir.

Qeyd edək ki, Suriya ordusu Hələbin azad olunması üçün əməliyyatlara noyabrın əvvəlində başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti