Avropa İttifaqı ilə Kuba arasında tarixi anlaşma

Avropa İttifaqı ilə Kuba arasında tarixi anlaşma
  13 Dekabr 2016    Oxunub:2088
Kuba lideri Fidel Kastronun ölümündən sonra Avropa İttifaqı ilə bu ölkə arasında tarixi anlaşma əldə edilib.
AzVision.az `Russia Today`ə istinadən xəbər verir ki, Aİ Kuba ilə siyasi dialoq və işbirliyi anlaşmasını imzalayıb. İndiyə qədər Kuba Aİ ilə bu anlaşmanı imzalamayan yeganə Latın Amerikası ölkəsi idi.

Saziş bu gün Aİ-əyə üzv ölkələrlə Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla arasında imzalanıb.

Sənəd baxılması üçün Avropa parlamenti, üzv ölkələrin parlamenti və Kuba Məclisinə göndəriləcək.

Xatırladaq ki, Kuba ilə Aİ arasında münasibətlərin normallaşmasına dair saşiz bu ilin mart ayında imzalanmışdı.

Rüstəm
AzVision.az


Teqlər:  





Xəbər lenti