Tramp 66 milyon dollar xərcə düşüb

Tramp 66 milyon dollar xərcə düşüb
  13 Dekabr 2016    Oxunub:3664
ABŞ prezidenti seçilən Donald Tramp seçki kampaniyasının keçirilməsinə öz cibindən 66 milyon dollar pul xərcləyib.

AzVision.az Sputnik-ə istinadən xəbər verir ki, Tramp bu prosesə 339 milyon dollar cəlb edib, lakin ümumi xərclər 322 milyon təşkil edib. Onun rəqibi - Demokratlar Partiyasının namizədi Hillari Klinton isə 565 milyon dollar xərcləyib. Praymeriz zamanı Tramp sosial sorğuların faydasız olduğunu deyirdi.

Onun fikrincə, bu sorğular yalnız pul itkisinə səbəb olur. Buna baxmayaraq, o, öz partiya həmkarları arasında qalib gələrək Respublikaçılar Partiyasının əsas namizədi ola bildi. Lakin ictimai rəy sorğuları onun reytinqinin düşdüyünü göstərən zaman, Tramp televiziya reklamlarına və sorğulara pul xərcləməyə başladı. Ümumiyyətlə reklama 192 milyon dollar pul xərcləndi ki, onun da 85 milyonu tək internet reklama sərf olundu.

Xatırladaq ki, 8 noyabr tarixində keçirilən president seçkilərində Donald Tramp qalib gəlib. O, öz rəsmi vəzifəsinə yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra keçəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti