`Qaraçıların divası` öldü - Video

`Qaraçıların divası` öldü - Video
  13 Dekabr 2016    Oxunub:3121
Qaraçı musiqisinin ən məşhur simalarından olan müğənni Esma Rəcəbova vəfat edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, iki həftə əvvəl xəstəxanaya yerləşdirilən 73 yaşlı sənətçi dünən Makedoniyanın paytaxtı Skopyedə dünyasını dəyişib.

"Makedoniyanın kraliçası" və "Qaraçıların divası" ləqəbli tanınan Rəcəbova sənəti ilə yanaşı, qaraçılara qarşı irqçiliyi pisləyən kampaniyaların aktiv iştirakçısı olub.

O, 2013-cü ildə mekadoniyalı müğənni Vlatko Lozanoski ilə bu ölkəni “Eurovision”da təmsil edib.

Məlumata görə, Rəcəbova özünün 5 uşağı olsa da, 47 uşağı böyüdüb.



AzVision.az


Teqlər:  





Xəbər lenti