Netanyahunun Bakı səfəri başlayır - Yenilənib

Netanyahunun Bakı səfəri başlayır - Yenilənib
  13 Dekabr 2016    Oxunub:22506
Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana gələcək.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.

Bu, Netanyahunun baş nazir kimi hər iki ölkəyə ilk səfəri olacaq.

Azərbaycana səfəri zamanı o, prezident İlham Əliyevlə görüşəcək. Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.

***

İsrail baş naziri Binyamin Netanyahu Azərbaycan və Qazaxıstana rəsmi səfər üçün yola çıxıb.

AzVision.az İsrail baş nazirinin saytına istinadən xəbər verir ki, səfər zamanı onu həyat yoldaşı və ekologiya naziri Zeev Elkin müşayiət edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti