Boksçularımız çempion oldular
AzVision.az xəbər verir ki,finalda üç azərbaycanlı boksçu döyüşürdü. Onlardan ikisi qalib gəlib.
Nəsrəddin Məmmədov (56 kq) irlandiyalı Kurt Uokerə, Cavid Quliyev isə (64 kq) ukraynalı Yaroslav Samofalova qalib gəlib. Məsud Yusifzadə (52 kq) finalda irlandiyalı Harri Kulliyə uduzaraq ikinci olub.
Bildirək ki, finalda Ukraynadan 5, Rusiyadan 4, Azərbaycandan 4 boksçu döyüşürdü.
AzVision.az