İstanbul terroru ilə bağlı yeni detallar

İstanbul terroru ilə bağlı yeni detallar
  13 Dekabr 2016    Oxunub:1996
Dekabrın 10-da İstanbulda törədilən terror aktı ilə əlaqədar yen detallar aşkar edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların hadisə baş verən əraziyə gəldiyi avtomobilin kimə məxsus olduğu müəyyən edilib.

Məlum olub ki, qara rəngli “Chevrolet” Avea markalı avtomobil terror hadisəsindən 4 gün əvvəl terrorçulardan birinə satılıb.

Hadisəni törədən kamikadzelərdən birinin qadın olduğu ehtimal edilir.

Hadisəyə görə saxlanılan 13 nəfər şübhəli arasında maşının satışını həyata keçirən şəxs də var.

Araşdırma nəticəsində məlum olub ki, iki terrorçu bomba yerləşdirilən maşınla Türkiyə vaxtı ilə saat 22:27 radələrində hadisə yerinə gəlib. Terrorçuların hədəfi “Vodafon Arena”dakı oyundan sonra polislərin toplaşdığı iki məntəqə olub. “Canlı bomba” çevik polis qüvvələrinin olduğu yerə çatmadan hadisəni törədib.

Maşında və “canlı bomba”nın üzərindəki bomba həm uzaqdan idarə etməklə, həm də özü partladılmaqla idarə edilirmiş.

Ehtimal edilir k, hadisə yerindən kənarda terrrorçu qruplaşmanın üzvləri olayın baş verəcəyi anı izləyiblər.

Qeyd edək ki, İstanbuldakı terror zamanı 44 nəfər həyatını itirib. Onlardan 37-si polis əməkdaşıdır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti