Parlamentdə dava: Kürd deputat döyüldü (VİDEO)
Nazirin “İradəniz sizin əlinizdə deyil, o bombanı ora qoyanların əlindədir” sözlərindən sonra millət vəkilləri arasında gərin anlar yaşanıb. HDP-li Bəhcət İldırım Akdağa “səhiyyə naziri deyil, müharibə nazirisən” deyərək reaksiya göstərib.
Səhiyyə nazirinin çıxışından sonra kürd deputalarla hakim partiyadan olan deputatlar arsındakı mübahisə davaya çevrilib. Cümhuriyyət Xalq partiyasının nümayəndələri deputatların davasına müdaxilə edib.
Dava nəticəsində kürd deputat Yıldırım Meclis xəsarət alıb. Deputata parlamentdə ilkin tibbi yardım göstərilib.
İclas təxirə salınıb.
İlkin Nəcəfzadə
AzVision.az