Ermənistanın siyasi məhbus problemi Parisdə müzakirə ediləcək

Ermənistanın siyasi məhbus problemi Parisdə müzakirə ediləcək
  13 Dekabr 2016    Oxunub:5043
Parisdə Ermənistandakı siyasi məhbusların probleminə həsr olunmuş tədbir keçirləcək. “Renaissance Arménienne Paris” qurumunun və Ermənistanda Siyasi Məhbuslara Dəstək Komitəsinin birgə təşkil etdikləri tədbir çərçivəsində konfrans, debatlar, sərgi və konsert keçirləcək.

AzVision.az xəbər verir ki, “Bugünki Ermənistan: Siyasi məhbuslar mövzusuna diqqətin yönəldilməsi” adlı tədbirdə bu mövzulara toxunulacaq:

- Nəyə görə hazırda Ermənistanda siyasi məhbuslar var?
- Onlar nədə günahlandırılır? Onlar nə ilə risk edirlər?
- Onlar kimlərdir?
- Məhkəmələr müstəqildirmi?
- Hökümət nə istəyir?
- Onların ailələri necə yaşayır?
- Onları necə dəstəkləmək olar?




Konfransda müstəqil jurnalist Miriam Qom (Myriam Gaume) “Sasson üsyançıları” (Rebelles de Sassoun) ailələrinin bəzi üvzləri ilə görüşündən bəhs edəcək.



Bundan başqa, vaxtilə Qarabağda döyüşmüş, Jirayr Səfilyan və Pavlik Manukyanın silahdaşı, «Parlement Fondateur» hərəkatının üzvü və “Renaissance Arménienne”-nin Belçika bölməsinin rəhbəri Qarik Xaçaturyanın çıxışı nəzərdə tutulub.

Bundan başqa, Diaspo’arts-ın erməni rəssamları Ermənistanda siyasi məhbusların vəziyyətilə bağlı əsərlərini nümayiş etdirəcəklər. Müğənni-bəstəkar Areg Nazarian isə həmin mövzudakı mahnılarıbı ifa edəcək.



Tədbirin keçirildiyi məkanda siyasi məhbusların şəkilləri və tərcümeyi-halları (fransız və erməni dillərində) nümayiş etdiriləcək.

Qeyd edək ki, tədbir bazar günü, dekabrın 18-də baş tutacaq.

Günel İbrahimova
AzVision.az


Teqlər:  





Xəbər lenti