`İlham Əliyev Qarabağ problemini həll edə biləcək` - Dmitri Savelyev

`İlham Əliyev Qarabağ problemini həll edə biləcək` - Dmitri Savelyev
  13 Dekabr 2016    Oxunub:3804
Heydər Əliyev miqyaslı siyasi xadimlər yüz ildə bir dəfə dünyaya gəlir.
Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev Azərbaycanın Rusiyadakı səfirliyində Ulu Öndərin xatirə gecəsində Azərtac-ın müxbirinə müsahibəsində söyləyib.

D.Savelyev deyib: “Heydər Əliyev dünya geosiyasi sistemində müstəsna şəxsiyyətdir. O, Azərbaycanı dirçəldərək, onu müasir və güclü dövlətə çevirib. Estafeti ondan təhvil alan ölkənin indiki Prezidenti İlham Əliyev Azərbaycana Heydər Əliyev vəsiyyətinə uyğun şəkildə rəhbərlik edir”.

D.Savelyev əmin olduğunu bildirib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini həll edə biləcək. O deyib: “Bu münaqişə təkcə Azərbaycanın deyil, bütün postsovet məkanının bədənində açıq yaradır. Azərbaycan qüdrətli ordusu olan güclü dövlətdir. Aydın məsələdir ki, bu münaqişə uzun müddət dondurulmuş vəziyyətdə qala bilməz. Azərbaycan uzun illər ərzində sübuta yetirib ki, Cənubi Qafqazda Rusiyanın müttəfiqidir. Rusiya isə həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də danışıqlar prosesinə birbaşa qoşulmaqla daha fəal işləməlidir. Bütün istiqamətlərdə hərəkətə keçmək, o cümlədən münaqişənin həllində ləngidici amil olan Ermənistan rəhbərliyi ilə işləmək lazımdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti