Merkel və Ollanddan Rusiyaya qarşı sanksiya təklifi

Merkel və Ollanddan Rusiyaya qarşı sanksiya təklifi
  13 Dekabr 2016    Oxunub:2169
Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq lazımdır.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, Minsk prosesi çətin gedir.

Fransa prezidenti Fransua Olland da kansler Angela Merkelin fikrini dəstələyib: “Ukrayna ilə bağlı Minsk sazişi icra olunmalıdır. Tərəqqi olunmayanadək mən kanslerin bildirdiyi kimi Rusiyaya qarşı sanksiyaların uzadılmasını dəstəkləyirəm”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti