`Game of Thrones` 7-ci sezonun sirrini açdı – VİDEO

`Game of Thrones` 7-ci sezonun sirrini açdı – VİDEO
  13 Dekabr 2016    Oxunub:5685
“Taxt oyunları” (Game of Thrones) serialının 7-ci sezonunun ilk promo-videosu yayılıb. Bu treylerdən yeni sezonda baş verəcək bəzi hadisələri təxmin etmək mümkündür.

AzVision.az xəbər verir ki, treylerdə Tirion və Ceymi Lanister qardaşlarının görüş səhnəsi var. Bu, o deməkdir ki, “əjdahaların anası” Dayeneris Tarqarian Vestorosa daxil olub.

Bundan başqa, Dayenerisin öz səsi ilə kiməsə dediyi sözlər eşidilir: “Əgər məni kraliça kimi tanısan...” Fanatların versiyasına görə, Con Snou ondan “Ağ Gəzginlər” adlanan zombi ordusuna qarşı mübarizə aparmaq üçün kömək istəyib, Dayaneris isə bu cavabı verib.

Kadrda həmçinin “Sən Tarqariansan!” sözləri eşidilir. Ehtimal var ki, bu sözlər Con Snouya aiddir. Onun əslində Stark yox, Tarqarian olması ortaya çıxacaq, bu isə Dəmir Taxt uğrunda mübarizə aparmasını legitimləşdirəcək.

Samir
AzVision.az




Teqlər:





Xəbər lenti