Məmmədyarov və Nalbandyan görüşə bilər

Məmmədyarov və Nalbandyan görüşə bilər
  13 Dekabr 2016    Oxunub:1999
Rusiya Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında "3+2" formatında görüşün baş tutmadığını təsdiq edib.
AzVision.az-ın məlumatına görə, “Moskva-Bakı” portalına açıqlama verən Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, həmsədr ölkələrin Dağlıq Qarabağa dair sonuncu bəyanatı məzmunca mənalı, danışıqlar prosesinin baza prinsipləri əks etdirir.

“Bəzən ATƏT çərçivəsində Rusiya, ABŞ və Fransanın mövqeləri tam əksinə olsa da, Minsk qrupu çərçivəsində həmsədr ölkələri birgə və həmrəy hərəkət edir”.

A.Lukaşeviç əlavə edib ki, tezliklə ATƏT-in Minsk qrupu həmsdərləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün təşkili mümkündür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti