Ermənistanda nazir öldü

Ermənistanda nazir öldü
  13 Dekabr 2016    Oxunub:4558
Ermənistanın fövqəladə hallar naziri Armen Eritsyan 55 yaşında dünyasını dəyişib.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Eritsyan bu gün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İddialara görə, erməni nazir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Armen Eritsyan 1960-сı ildə İrəvandan anadan olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti