Rza Zərrab vəkillərindən imtina etdi

Rza Zərrab vəkillərindən imtina etdi
  14 Dekabr 2016    Oxunub:2704
ABŞ-da həbs edilən azərbaycan əsilli biznesmen, Türkiyə vətəndaşı Rza Zərrab vəkillərindən imtina edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrabın vəkillərindən imtina etməsinin səbəbi açıqlanmayıb.

İddia edilir ki, prokuror Brit Bhararanın "vəkiləri onu aldadır" sözündən sonra iş adamı hüquqlarını müdafiə edən şəxslərdən imtina etmək qərarına gəlib.

Məlum olub ki, vəkilləri Rza Zərrabdan hər saata görə 350 dollar xidmət haqqı alsalar da, ciddi iş ortaya qoya bilməyiblər.

Bundan öncə yayılan məlumatlarda bildirilirdi ki, Rza Zərrab hüquqlarını müdafiə etməsi üçün “mafiya vəkili” Benjamin Brafmanla razılığa gəlib. İş adamının bu məqsədlə B.Brafmana 60 milyon dollar ödəyəcəyi deyilirdi.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti