Ərdoğan FETÖ və PKK-ya qarşı səfərbəlik elan etdi

Ərdoğan FETÖ və PKK-ya qarşı səfərbəlik elan etdi
  14 Dekabr 2016    Oxunub:1856
Konstitusiyamızın 104-cü maddəsinə görə, Türkiyənin dövlət başçısı olaraq PKK, FETÖ, İŞİD-ə və bütün terror qruplaşmalarına qarşı mübarizə aparmaq üçün səfərbərlik elan edirəm.
AzVision.az “Sözcü” yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, 20 İyul 2015-ci il tarixindən bu vaxta qədər PKK ilə mübarizədə 1178 nəfər şəhid olub, 9 500 PKK terrorçusu zərərziləşdirilib.

Onun sözlərinə görə, separatçı təşkilatla bağlı aparılan istintaq əməliyyatları çərçivəsinə 10 500 nəfər həbs edilib.

Ərdoğan əlavə edib ki, FETÖ əməliyyatı nəticəsində 40 mindən çox adam tutulub: “Heç bir xəyanəti cəzasız buraxmadıq, buraxmayacağıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti