Kozlariç Sarkisyanın siyasətini pislədi

Kozlariç Sarkisyanın siyasətini pislədi
  14 Dekabr 2016    Oxunub:3484
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Suriya ermənilərinin Azərbaycanın işğal olunan Dağlıq Qarabağ bölgəsində yerləşdirilməsini sərt şəkildə tənqid edib.

AzVision.az xəbər verir ki, sabiq səfir Maxim Edvardsın “Hələb kafesi” adlı yazısını “Twitter” səhifəsində paylaşaraq yazıb:

“Bu yazıq insanların Dağlıq Qarabağ və işğal olunan Azərbaycan rayonlarına köçürülməsi Ermənistanın sülh prosesində maraqlı olmamasının daha bir göstəricisidir”.



Qeyd edək ki, “Hələb kafesi” adlı yazıda müəllif Suriyadan Ermənistana gələn ermənilərin vəziyyətindən bəhs edir.

“Suriya erməniləri asanlaşdırılmış qaydada Ermənistan vətəndaşlığı alır. Ermənistan vətəndaşlığı alan şəxslər isə əksər hallarda Suriya qaçqınları siyahısına daxil olunmur. Ermənistan Diaspora Nazirliyinin məlumatına görə, 2012-ci ildə 15000-nə qədər insan ikili vətəndaşlıq alıb. Ermənistan hakimiyyəti Suriyadan gələn ermənilərin mübahisəli Dağlıq Qarabağda yerləşdirilməsi üçün “Yeni Hələb” layihəsinə pul ayırıb”.

Müəllif vurğulayır ki, Suriya erməniləri Dağlıq Qarabağ və işğal olunan Azərbaycan rayonlarına köçürülür.

Qeyd edək ki, rəsmi Bakı Suriya ermənilərinin Qarabağda yerləşdilməsinə dəfələrlə öz etirazını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti