Ermənistanda məmurun qardaşı özünü güllələdi

Ermənistanda məmurun qardaşı özünü güllələdi
  14 Dekabr 2016    Oxunub:1630
Ermənistanın Milli Təhlükəsizlik Xidməti direktorunun sabiq müavini Romik Arutyunyanın qardaşı Robert Arutyunyan intihar edib.

AzVision.az “news.am”-a istinadən xəbər verir ki, onun meyiti İrəvanda “Rəssamlar ittifaqı”ının binasında yerləşən oteldə aşkarlanıb. Məlum olub ki, Arutyunyan başından güllə yarası alıb.

Onun meyiti aşkar edilərkən əlində “GLOCK 19” MAY289 tapança olub.

Qeyd edək ki, Romik Arutyunyan vəzifəsindən 2014-vü ilin yanvar ayında işdən çıxardılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti