Zaxarova xəstəxanaya yerləşdirilib? - Yenilənib

Zaxarova xəstəxanaya yerləşdirilib? - Yenilənib
  14 Dekabr 2016    Oxunub:2478
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova xəstəxanaya yerləşdirilməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, xanım diplomat mətbuatda dərc edilən xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“Mən heç bilmirəm ki, nə yazım. Birinci dəfə idi ki, gərək yazılanların dezinformasiya olduğunu bəyan edim. Məndə zökəm və öskürək olub. Həmçinin ilin sonuna kimi dövlət qulluqçusu kimi müayinədən keçirəm. İndi mənə dəstək və yardım təklifi ilə yüzlərlə zənglər gəlir. Uşaqlar, sağ olun, ancaq hələ tezdir.

İcazə verin, bu həssas məqamdan istifadə edərək.: Yardıma həqiqətən ehtiyacı olanlara xeyriyyəçilik edin. Bu, yaşlı insanlar, əlillər, çoxuşaqlı ailə, uşaq evi, internat ola bilər”.

Qeyd edək ki, “Life” portal Mariya Zaxarovanın Moskvadakı xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı xəbər yayıb.

**

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova xəstəxanaya yerləşdirlib.

AzVision.az “Life” a istinadən xəbər verir ki, xanım diplomat özünü pis hiss etdiyinə görə, Moskva xəstəxanalarının birinə müarciət edib. Aparılan müayinədən sonra ona ciddi xəstəlik diaqnozu təyin edilib.

Tibb dairələrində mənbələrin sözlərinə görə, bu, gərgin iş qrafiki ilə bağlı ola bilər. İndi M. Zaxarova stasionar müalicə alır, ona intensiv terapiya kursu təyin edilib.

Mariya Zaxarova 2015-ci ilin avqustunda RF XİN-in informasiya və mətbuat departamentinə başçılıq edir. Tarix elmləri namizədi olan Zaxarovanın 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti