`Tramp Suriyanın müttəfiqi ola bilər` - Əsəd

`Tramp Suriyanın müttəfiqi ola bilər` - Əsəd
  15 Dekabr 2016    Oxunub:1489
Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin müttəfiqi rolunda çıxış edəcəyini istisna etməyib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Əsəd “Rossiya-24” telekanalına müsahibəsində bildirib ki, seçkiöncəsi kampaniya zamanı Trampın terrorçuluqla mübarizə məsələləri ilə bağlı söylədikləri dəqiq və aydın olub.

“Təbii ki, bu, yaxşıdır. Lakin hər şey Trampın bu istiqamətdə hərəkət etməsi ilə bağlı iradəsindən asılıdır. Əgər o, bütün maneələri aşa bilsə və doğrudan da terrorçuluğa qarşı addımlar atsa, düşünürəm ki, bizim təbii müttəfiqimizə çevrilə bilər”, - deyə o vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti