Suriyanın taleyi Moskvada müzakirə olunacaq

Suriyanın taleyi Moskvada müzakirə olunacaq
  15 Dekabr 2016    Oxunub:1383
Türkiyə, Rusiya və İran 5 ildən çoxdur davam edən Suriya münaqişəsinin həlli yollarını müzakirə etmək üçün dekabrın 27-də Moskvada bir araya gələcəklər.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TGRT Haber” telekanalına müsahibəsində bildirib.

“Bizim məqsədimiz bütün Suriya ərazisində atəşkəsə nail olmaq və münaqişənin siyasi yolla həlli üçün danışıqlara başlamaqdır”, - deyə o vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti