Türkiyənin ordu generalı aprel döyüşlərindən danışıb
Azərbaycanın dövlət müstəqilliyini bərpa edəndən sonra hərbi və müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirən M.Avsever Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasından narahatlığını ifadə edib. Bildirib ki, aprel döyüşlərində işğal altındakı torpaqların bir qisminin düşməndən azad edilməsi Azərbaycan Ordusunun şücaətinin və qüdrətinin göstəricisidir.
M.Hacıyev bir neçə gün əvvəl İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Baş konsul diqqətə çatdırıb ki, Türkiyədə baş verən istənilən xoşagəlməz hadisə, o cümlədən terror aktları Azərbaycanda böyük sıxıntı ilə qarşılanır. Biz erməni terrorizmdən əziyyət çəkən ölkəyik. Azərbaycan bütün məsələlərdə, o cümlədən terrorçuluqla mübarizədə qardaş Türkiyənin yanındadır.(AzerTac)
AzVision.az