`Nersisyanın həbsi insan hüquqlarının pozulmasıdır` - Aureliya Qriqoriu

`Nersisyanın həbsi insan hüquqlarının pozulmasıdır` - Aureliya Qriqoriu
  15 Dekabr 2016    Oxunub:1800
Ermənistanda insan haqlarının pozulması tendensiyası davam edir.
AzVision.az xəbər verir ki, bunu “vzglyad.az” saytına Moldova İctimai palatasının rəhbəri, siyasi xadim Aureliya Qriqoriu bir müddət əvvəl Ermənistan-Azərbaycan sülhməramlı platformasına qatılmış Lusine Nersisyanın həbsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Avropa İnsan Haqları Konvensiyasının şəxsi toxunulmazlıq və ədalətli məhkəmə istintaqı barədə maddələri pozub:

“Gənc yazıçı məhz öz fikirlərini bildirdiyinə görə əziyyət çəkir. Bu, insan haqlarının ən böyük pozuntusundan biri sayılır. Bütün bu pozuntuları Ermənistan və Dağlıq Qarabağ separatçıları cəzasızlıq səbəbi ilə edirlər. Dünya ictimaiyyəti artıq insan haqlarını pozan və işğalçı olan bu ölkəyə qarşı təsiredici tədbirlər görməlidir. Bu işğalçı dövlət barəsində tədbirlər görmək lazımdır ki, yol verdikləri qanun pozuntularını aradan qaldırsın”.

AzVision.az


Teqlər:





Xəbər lenti