Rusiyaya qarşı sanksiyalar uzadıldı

Rusiyaya qarşı sanksiyalar uzadıldı
  16 Dekabr 2016    Oxunub:1271
Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, saksiyaların müddətinin daha 6 ay uzadılması ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Rusiya ilə Aİ arasında münasibətlər Ukraynadakı vəziyyətlə əlaqədar pisləşib. Aİ ölkələri əvvəl fiziki şəxslərə qarşı individual sanksiyalar tətbiq etsə də, sonradan cəza tədbirləri Rusiya ilə bütün iqtisadi sahələri əhatə edib. Rusiya da cavab olaraq Aİ-dən ərzaq idxalını məhdudlaşdırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti