`Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib` - Obama

`Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib` - Obama
  16 Dekabr 2016    Oxunub:4106
ABŞ prezidenti Barak Obama etiraf edib ki, Rusiya noyabrın 8-də keçirilən prezdent seçkilərinə müdaxilə edib.

AzVision.az xəbər verir ki, ABŞ prezidenti seçkilərə “müdaxilə”yə görə Rusiyaya cavab veriləcəyini bəyan edib.

“İstənilən xarici hökumət seçkilərimizin bütövlüyünü pozmaq üçün nə isə edibsə, bizim də hərəkətə keçməyimiz şübhəsizdir. Biz bunu seçdiyimiz zaman və məkanda edəcəyik. Cənab Putin bu məsələdəki həssaslığımızı yaxşı bilir. Çünki mən bununla bağlı şəxsən onun özü ilə danışımışam”.

Qeyd edək ki, ABŞ-ın “NBC News” televiziya kanalı Rusiya prezidenti Vladimir Putinin Birləşmiş Ştatlardakı sonuncu prezident seçkilərinə şəxsən müdaxilə etdiyini bildirib. Qeyd olunub ki, Putin ABŞ-da prezident seçkilərinə müdaxilə üzrə gizli Rusiya kampaniyasına şəxsən cəlb olunub.

Telekanal bu məlumatın “ABŞ müttəfiqlərinə işləyən casuslar və diplomatik mənbələrdən” əldə edildiyini bildirirb. Müdaxilənin ilk hədəfi Demokratlar Partiyasından olan namizəd Hillari Klintondan qisas almaq olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti