SOCAR-ın kəmərində qəza - Gürcülər qazsız qaldı

SOCAR-ın kəmərində qəza - Gürcülər qazsız qaldı
  16 Dekabr 2016    Oxunub:4794
Bu gecə SOCAR-ın Acarıstan ərazisindən keçən magistral qaz kəmərində qəza baş verib.
AzVision.az "İnterfax" –a istinadən xəbər verir ki, qəza nəticəsində Batumi şəhərinin və Xelvaçaur bələdiyyəsinin ərazisinin qaz təchizatı dayandırılıb.

Hadisə zamanı 50 mindən çox abonentin qazla təchizatı tamamilə məhdudlaşıb.

Bununla yanaşı, orta məktəblər, uşaq bağçalarının istiliklə təchizatında problemlər yaranıb. Bu səbəbdən tədris prosesi dayandırılıb. Batumidə yerləşən 27 orta məktəbdən yalnız 3-də tədris prosesi öz axarı ilə davam edir.

Qəza yerinə texniki briqadalar cəlb olunub. Yaxın vaxt ərzində mərhələli şəkildə əhalinin təbii qazla təchizatına başlanılacaq. Əhalinin bir hissəsinə təbii qaz bu günün sonunadək verilsə də, təchizatın tam bərpası yalnız şənbə gününün birinci yarısında mümkün olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti