`Rusiya regionda təhlükəsizliyin qarantıdır` – Yaqub Eyyubov

`Rusiya regionda təhlükəsizliyin qarantıdır` – Yaqub Eyyubov
  16 Dekabr 2016    Oxunub:1765
Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov bildirib ki, Rusiya regionda təhlükəsizliyin qarantıdır.
AzVision.az “Rİa Novosti”yə istinadən xəbər verir ki, bunu Y.Eyyubov Bakıda keçirilən Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında bildirib.

“Azərbaycanla Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya yalnız bizim iqtisadi tərəfdaşımız deyil, həmçinin regionda təhlükəsizliyin qarantıdır. Rusiya çalışır ki, hər yerdə sülh olsun, ölkələrin daxili işlərinə qarışan olmasın”,- deyə Eyyubov qeyd edib

Baş nazirin müavini vurğulayıb ki, Bakı Moskva ilə münasibətləri çox yüksək qiymətləndirir: “İki ölkə arasında mal dövriyyəsi 2014-cü ildən bəri azalmaqdadır, bunun əsas səbəbi iqtisadi böhrandır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti