`Moskva və Bakı mübahisəli məsələləri həll edib` - Roqozin

`Moskva və Bakı mübahisəli məsələləri həll edib` - Roqozin
  16 Dekabr 2016    Oxunub:2035
Rəsmi Moskva ilə Bakı iki tərəf arasında əvvəllər mübahisə yaradan bir sıra məsələləri həll edib.

AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının iclasında Rusiya baş nazirin müavini Dmitri Roqozin deyib.

“Biz danışıqlara çox vaxt sərf etdik və mübahisə yaradan bir neçə məsələni həll etdik”, - deyə Raqozin vurğulayıb.

Roqozin, həmçinin azərbaycanlı həmkarı Yaqub Eyyubovu 1-3 iyun 2017-ci ildə Sankt Peterburqda keçiriləcək XXI energetika forumuna dəvət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti