ABŞ İŞİD liderinin başına 25 milyon pul qoydu

ABŞ İŞİD liderinin başına 25 milyon pul qoydu
  17 Dekabr 2016    Oxunub:2007
ABŞ-ın Dövlət Departamenti İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin həbsi üçün yararlı olacaq məlumata görə mükafatın məbləğini artırıb.

RİA-Novosti xəbər verir ki, bu barədə Dövlət Departamenti tərəfindən həyata keçirilən “Ədalət naminə mükafat” proqramının Twitter səhifəsində məlumat yerləşdirilib.

Dövlət Departamenti mükafatın məbləğini 25 milyon dollara çatdırıb. Əvvəl isə İŞİD lideri haqqında məlumata görə 10 milyon dollar vəd verilmişdi.

ABŞ hökumətinin məlumatına görə, əl-Bağdadi hazırda İŞİD-in nəzarəti altında olan Suriya və İraq ərazilərində gizlənir.

AzVision.az


Teqlər:  





Xəbər lenti