Rusiyada ağır qəza: 5 ölü, 8 yaralı

Rusiyada ağır qəza: 5 ölü, 8 yaralı
  17 Dekabr 2016    Oxunub:1511
Rusiyada ağır yol qəzası baş verib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, hadisə Sankt-Peterburq-Nevel yolunun 433 km-də baş verib. Bu yolla hərəkət edən “Mazda” markalı avtomobil qarşı yola çıxaraq yük maşını ilə toqquşub.

Qəza nəticəsində beş nəfər ölüb, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti