Pan Gi Mun indi də prezident olmaq istəyir

Pan Gi Mun indi də prezident olmaq istəyir
  17 Dekabr 2016    Oxunub:1843
BMT-nin baş katibi Pan Gi Mun Cənubi Koreyada prezident postu uğrunda mübarizə apara bilər.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, o, yanvarın 1-də səlahiyyət müddəti başa çatandan və bir neçə günlük istirahətdən sonra vətəninə qayıdacağını deyib.

Pan Gi Mun prezidentlik iddiaları ilə bağlı sualları cavablandırmaqdan imtina edib. Eyni zamanda o, ölkəsinə yardım etmək yolları haqqında düşündüyünü söyləyib və Cənubi Koreyadakı vəziyyəti olduqca mürəkkəb adlandırıb.

Xatırladaq ki, Cənubi Koreyada növbəti prezident seçkiləri 2017-ci ilin dekabr ayında baş tutmalı idi. Lakin Konstitusiya Məhkəməsi Pak Kın Xeni hakimiyyətdən uzaqlaşdırmaq barədə qərar qəbul edərsə, seçkilər qərarın verildiyi tarixdən 60 gün sonra keçirilməlidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti