Hələb - müsəlman dünyasının `Varfolomey`i (RƏSM)

Hələbdə son günlər bir "Varfolomey gecəsi" yaşanır. İslam məzhəblərinin bir-biriləri ilə döyüşdüyü bir vaxtda siyasilər bu qırğınlardan əldə etdikləri qənimətin miqdarını hesablamaqla məşğul.
Hələbdə baş verənlər dəhşətdir, amma daha dəhşətlisi odur ki, bütün bunların nə uğrunda edildiyi məlum deyil. O şəhər nəyin uiğrunda dağıdılıb, o kişilər nəyin uğrunda öldürülüb, o qadınlar nəyin uğrunda zorlanıb, o uşaqlar nəyin uğrunda ac qalıblar?.. Ən dəhşətlisi budur: HEÇ NƏYİN!