Türkiyədə terrora görə 7 nəfər tutuldu

Türkiyədə terrora görə 7 nəfər tutuldu
  18 Dekabr 2016    Oxunub:1481
Türkiyədə Kayseri vilayətində törədilən teror aktında əlaqəsi olan 7 nəfər saxlanılıb, daha 5 nəfər isə axtarışdadır.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, hüquq mühafizə orqanları tərəfindən terror aktında əli olan şəxslərin tutulması üçün zəruri tədbirlər aparılır. Soylu əlavə edib ki, hazırda yaralıların sayı 56 nəfərə çatıb. Onlardan dördü ağır vəziyyətdədir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Kayseri vilayətində baş vermiş partlayış nəticəsində 14 nəfər ölüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti