Moskvada iki təyyarə toqquşub

Moskvada iki təyyarə toqquşub
  18 Dekabr 2016    Oxunub:1940
Moskvanın "Şeremetyevo" Beynəlxalq Hava Limanında iki "A321" tipli aerobus qanad-qanada toqquşub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarələrin göyərtəsində sərnişin və heyət üzvləri olmayıb.

Məlumata görə, hər iki təyyarə "Aeroflot" aviaşirkətinə məxsus olub.

"Şeremetyevo"nun mətbuat xidmətinin məlumatına görə, toqquşma təyyarələrdən birinin yedəyə alınması zamanı baş verib. Həmin zaman digər təyyarə perronda olub. Hazırda hava limanı daxilində toqquşmanın səbəbləri araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti