Daha bir təyyarə qəzası: 13 ölü

Daha bir təyyarə qəzası: 13 ölü
  18 Dekabr 2016    Oxunub:2081
İndoneziya Hərbi Hava Qüvvələrinin “S-130 Hercules” tipli nəqliyyat təyyarəsi təlim zamanı qəzaya uğrayıb.

“Reuters” agentliyinin məlumatına görə, təyyarə Vamena şəhəri yaxınlığında dağa çırpılıb. Qəza nəticəsində təyyarədə olan 13 nəfər ölüb. Ölənlərin cəsədləri xilasedicilər tərəfindən aşkarlanaraq Vamena şəhərinə gətirilib.

Təyyarənin pis hava şəraiti səbəbindən qəzaya uğradığı güman edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti