Buzlu yolda 145 maşın toqquşub - Video

Buzlu yolda 145 maşın toqquşub -  Video
  19 Dekabr 2016    Oxunub:2123
ABŞ-ın Merilend ştatının Baltimor şəhərində kəskin hava şəraiti ilə əlaqədar onlarla yol qəzası qeydə alınıb.

AzVision.az xəbər verir ki, "Report"un "CNN"ə istinadən məlumatına görə, şəhərin I-95 şosesinin buz bağlaması nəticəsində 55 avtomobil toqquşub.

Məlumata görə, Baltimor dairəsində ümumilikdə 145 avtomobil toqquşub. Şəhər polisinə qəzalarla bağlı 200 məlumat daxil olub.

Əlverişsiz hava şəraiti səbəbindən Baltimorun hava limanında 143 reys təxirə salınıb, 125 reys isə ləğv edilib.

Məlumata görə, son günlər ölkə ərazisində yüzlərlə yol qəzası qeydə alınıb. Benzin daşıyan sisternin körpüdən aşması nəticəsində 2 nəfər ölüb.



AzVision.az


Teqlər:





Xəbər lenti