Rusiyada təyyarə qəzası - Xeyli yaralı var (Yenilənib)

Rusiyada təyyarə qəzası - Xeyli yaralı var (Yenilənib)
  19 Dekabr 2016    Oxunub:4183
Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfər ciddi xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bütün sərnişinlər və heyət üzvləri sağdır. 23 nəfər helikopterlə xəstəxanalara çatdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir.

Hadisə yerindən verilən məlumata görə, təyyarə Tiksi aerodromundan 30 km aralıda qəza enişi edib. Müdafiə Nazirliyinin komissiyası qəzanın səbəbini araşdırmaq üçün hadisə yerinə 3 helikopter göndərib.

İlkin versiya kimi qəzaya idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraitinin səbəb olduğu bildirilir.

Qeyd edək ki, təyyarənin göyərtəsində 32 sərnişin və 7 ekipaj üzvü olub.

***

Rusiyada təyyarə qəzaya uğrayıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, hadisə Yekaterinburqda baş verib. Məlumata görə, Koltsovo hava limanından uçan təyyarə qəzaya düşüb.

Təyyarənin göyərtəsində 32 sərnişin və 7 ekipaj üzvünün olduğu bildirilir.

Qəza nəticəsində 6 nəfərin sağ qaldığı deyilir. Hələlik bu barədə rəsmi açıqlama verilməyib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti