İsrail XİN Bakı ilə danışıqlar aparır - Bloqerin həbsinə görə

İsrail XİN Bakı ilə danışıqlar aparır - Bloqerin həbsinə görə
  19 Dekabr 2016    Oxunub:2184
İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri dekabrın 18-də Minskdə saxlanılan rusiyalı-israilli bloqer Aleksandr Lapşinlə görüş üçün Belarus hakimiyyətinə müraciət edib.
AzVision.az “Walla News”-a istinadən xəbər verir ki, İsrail diplomatları Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyasının qarşısını almağa çalışır.

İsrailin “Ynet” saytının yaydığı məlumata görə, İsrail diplomatları çətin vəziyyətə düşüb. Belə ki, rəsmi Qüds bloqerə görə Azərbaycanla dostluq münasibətlərinin pozulmasından ehtiyat edir.

Nəşrin xəbərinə görə, İsrailin xarici siyasət idarəsinin əməkdaşları öncə belaruslu həmkarlarından vəziyyəti onlarla müzakirə etməyi xahiş edib.

Eyni zamanda İsrail XİN Azərbaycanla Bakıdakı səfirliyi vasitəsilə bu məsələni həll etməyə çalışır.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb. Hazırda A.Lapşinin Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti