Rusiyada araqdan ölənlərin sayı 41-ə çatdı - Yenilənib

Rusiyada araqdan ölənlərin sayı 41-ə çatdı - Yenilənib
  19 Dekabr 2016    Oxunub:3143
Rusiyanın İrkutsk vilayətində spirtli yemişan içkisindən kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
AzVision.az `Ria Novosti`-yə istinadən xəbər verir ki, bunu İrkutsk şəhərinin prokuroru Stanislav Zubovskiy deyib. Onun sözlərinə görə, xəstəxanaya çatdırılan şəxslərin çoxu komada olub.

Sağ qalanların vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı 5 nəfər saxlanılıb.

**

Rusiyanın İrkutsk vilayətində spirtli yemişan içkisindən kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ağır vəziyyətdə olan daha 30 nəfər xəstəxanalarda müalicə alır.


**

Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənən 25 nəfər ölüb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, 40 nəfər xəstəxanada həkim nəzarəti altındadır.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, polis və təhqiqatçılar spirtli içkilərin kütləvi satıldığı ticarət obyektlərində yoxlama aparıb, faktla bağlı artıq iki nəfər saxlanılıb. 500 litrdən çox içki müsadirə edilib.

Xəstələrdən kimyəvi-toksikoloji ekspertiza üçün nümunə götürülüb. Müayinə zamanı spirtli maddənin tərkibində metanol aşkar edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti