780 jurnalist iş başında ölüb - Statistika

780 jurnalist iş başında ölüb - Statistika
  19 Dekabr 2016    Oxunub:1914
2016-ci ildə 57 jurnalist peşə vəzifəsini yerinə yetirərkən həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə məlumat “Sərhədsiz Reportyorlar” təşkilatının illik hesabatında yer alıb. Qeyd olunub ki, ölüm halları əsasən münaqişə zonalarında baş verib.

Ən çox jurnalist Suriyada öldürülüb - 19 nəfər. Əfqanıstanda 10, İraqda 7, Yəməndə isə 5 jurnalist qətlə yetirilib. Bundan başqa 9 bloqer və mətbuata xəbər ötürən 8 nəfər öldürülüb. Öldürülən 53 jurnalist peşəyə görə bilərəkdən qətlə yetirilib, digər 21 nəfər isə gördüyü işə görə hədəf olmamağına baxmayaraq, peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib.

Ümumilikdə isə, ötən on ildə ən azı 780 jurnalist vəzifə borcunu yerinə yetirərkən həlak olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti