BMT-də Hələblə bağlı qətnamə qəbul edildi

BMT-də Hələblə bağlı qətnamə qəbul edildi
  19 Dekabr 2016    Oxunub:1354
BMT Təhlükəsizlik Şurası Suriyanın Hələb şəhərində dinc əhalinin təxliyyəsi ilə bağlı beynəlxalq monitorinqin keçirilməsinə və əhaliyə təxirəsalınmaz yardımın göstərilməsinə dair qətnamə qəbul edib.
AzVision.az xəbər verir ki, 2328 saylı qətnamə TŞ üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Sənədin yekun variantı ötən gün Şuranın qapalı iclası çərçivəsində aparılan məsləhətləşmələr zamanı razılaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti